
AFFA-nın bu gün keçirilən Hesabat Konfransında 2024/2025 mövsümündə Azərbaycanda futbolun inkişafına ayrılmış vəsaitin məbləği açıqlanlb.
Sportinfo.az xəbər verir ki, AFFA-nın maliyuə hesabatında bildirilib ki, bu məbləğ 39 milyon manat təşkil edib.
2023/2024 mövsümündə də məbləğ eyni olub.
Misli Premyer Liqa (10 klub) təmsilçilərinə bir mövsümdə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10 klub) ümumən 3 milyon manat, milli komandaların saxlanılması üçün 3 milyon manat xərclənib.
Region Liqası və Region Liqa oyunlarının keçirilməsi və VAR layihə xərcləri hər iki mövsümdə 1 milyon manata bərabər olub. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min manat verilib.
Menecer və Məşqci korpusunun təhsilinə (AFFA-nın nəzdində) görə 300 min manat xərclənib.