Ən çox “Qarabağ” PULLANIB - UEFA-nın Azərbaycan klublarına ödədiyi vəsait

11 Aprel 11:10 Azərbaycan Futbolu 387
Ən çox “Qarabağ” PULLANIB - UEFA-nın Azərbaycan klublarına ödədiyi vəsait

UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi maliyyə vəsaitinin miqdarı məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın Hesabat Konfransında bildirilib.

UEFA ötən il Azərbaycan klublarına ümumilikdə 38 milyon 716 min 172 manat ödəyib.

Həmin məbləğdən 28 milyon 319 min 296 manatı "Qarabağ"a, 3 milyon 216 min 762 manatı "Zirə"yə, 2 milyon 561 min 814 manatı "Sabah"a, 1 milyon 419 min 53 manatı "Sumqayıt"a, 878 min 948 manatı "Neftçi"yə, 577 min 585 manatı "Qəbələ"yə, 447 min 668 manatı "Səbail"ə, 426 min 696 manatı "Turan Tovuz"a, 413 min 943 manatı "Şamaxı"ya, 413 min 943 manatı "Kəpəz"ə, 40 min 470 manatı isə “Araz-Naxçıvan"a çatıb.

Klubların avrokuboklardakı çıxışı ilə və digər layihələrlə əlaqədar UEFA-nın ayırdığı maliyyə vəsaitləri əvvəlcə AFFA-nın hesabına yönləndirilib. Daha sonra milli assosiasiya vəsaitləri müvafiq klubların hesabına köçürüb.

Digər Xəbərlər
Xəbər Lenti