Baş katib: "AFFA-nın hazırkı heyəti uğurlu inkişafa imkan vermir"

11 Aprel 16:20 Azərbaycan Futbolu 403
Baş katib: "AFFA-nın hazırkı heyəti uğurlu inkişafa imkan vermir"

"Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil. AFFA-nın hazırkı heyəti uğurlu inkişafın reallaşmasına imkan vermir”.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev keçirilən Hesabat Konfransında deyib.

O bildirib ki, struktur yenidən qurulacaq:

“Yeni struktur inkişaf üçün vacibdir. Təəssüf ki, sıfırdan başlamalıyıq.

Hamı uşaq futbolunun pis olmasından danışır və bu, yaralı yerimizdir. Amma uşaq futbolunun inkişafı üçün infrastruktur lazımdır.

Biz kosmetik təmirlə başlaya bilmərik. Bünövrə qurmaqla bu işlərə start verməliyik.

Hazırda əsas problem futbolçu yetişdirmək üçün məşqçi və təmsilçilərin olmamasıdır. 10 milyonluq Azərbaycanda 7 təlimçi struktur var.

Avropada isə bu, dəfələrlə çoxdur. Gənc istedadların futboldan uzaqlaşmaları ən böyük problemlərdəndir.

Bununla bağlı tədbirlər görüləcək. Məqsədimiz gənc futbolçuları peşəkar səviyyəyə çatdırmağa kömək etməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti