Azərbaycanda bu klublar SEVİNƏCƏK - İcraiyyə Komitəsi onlara görə…

27 Mart 14:00 Azərbaycan Futbolu 1 961
Azərbaycanda bu klublar SEVİNƏCƏK - İcraiyyə Komitəsi onlara görə…

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası aprel ayında keçiriləcək.

Federasiya artıq bu barədə İK üzvlərini məlumatlandırıb.

Yığıncaqda müzakirəyə çıxarılacaq əsas məsələlər də məlumdur. Komitə I Liqa və II Liqa ilə əlaqəli yeni qərar qəbul etmək niyyətindədir.

Bu, aşağı liqa klublarına ayrılan yardım paketinin həcmi ilə əlaqədardır.

Belə ki, ali qərarverici orqanın gələn sezondan hər iki çempionatın iştirakçılarına göstərilən maliyyə dəstəyini artırması gözlənilir.

I və II Liqa mənsubları son iki mövsümdə AFFA-dan dotasiya alır.

I Liqanın yarışmaçılarına aylıq 30 min manat ödənilir. II Liqada mübarizə aparanlara hər ay çatan məbləğ isə cəmi 5000 manatdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti