
Azərbaycan millisinin Belarusla bugünkü yoldaşlıq oyunu 1 dəqiqəlik sükutla başlayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Açıqlamada görüşdən əvvəl Çingiz İsmayılovun xatirəsinin bir dəqiqəlik sükutla yad ediləcəyi bildirilib:
"Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq".
Oyun saat 21:45-də başlayacaq.