AFFA-dan "Qarabağ"a SƏRT CƏZALAR

AFFA-dan "Qarabağ"a SƏRT CƏZALAR

İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan" - "Qarabağ" görüşündə baş verən mübahisədə iştirak edən futbolçular cəzalandırılıb:

Azərbaycan Premyer Liqası XXVI tur

08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Araz-Naxçıvan” klubunun 97 nömrəli futbolçusu Felipe Santosun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);

08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);

08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);

08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail” klubunun 14 nömrəli futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb. “Səbail” 3000 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

“Neftçi” – “Turan Tovuz” oyununun 18-ci dəqiqəsində “Turan Tovuz” klubunun 15 nömrəli futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti