Azərbaycan klubunu evindən didərgin salan səbəb nədir? - AÇIQLAMA

15 Fevral 20:20 Azərbaycan Futbolu 567
Azərbaycan klubunu evindən didərgin salan səbəb nədir? - AÇIQLAMA

"Baku Sportinq" qış fasiləsindən sonra ev oyunlarını Binə qəsəbə stadionunda keçirir.

Halbuki komandanın Buzovnada özünə məxsus arenası var.

Hətta Premyer Liqa təmsilçisi "Araz Naxçıvan" da məşqlərini adıçəkilən ünvanda keçir.

Maraqlıdır, belədə paytaxt klubunu başqa ünvanda rəqiblərini qəbul etməyə vadar edən nədir?

Klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov Sportinfo.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

"Mövsümün əvvəli ev oyunlarını keçirmək üçün ikinci meydança kimi Binə qəsəbə stadionun Peşəkar Futbol Liqasına sifariş etmişdik.

AFFA-nın balansında olan meydan təmirdə olduğu üçün komanda ev oyunlarını Buzovnada keçirirdi. Burada isə meydançanın drenaj sistemi olmadığı üçün qış aylarında təbii ot örtük yararsız hala düşür.

Binə qəsəbə stadionu təmirdən yeni çıxdığı üçün çətinlikləri nəzərə alaraq yenidən Binəyə üz tutmalı olduq. Müvəqqəti yaranmış durumdur.

"Baku Sportinq Arena" ilə bağlı planlarımız böyükdür. Təbii ki, gələcəkdə rəqiblərimizi Buzovnada qəbul etməyi planlaşdırırıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti