![“Strategiyanın əsas beş bəndiylə bağlı təklifi mən irəli sürmüşəm”](https://www.sportinfo.az/media/2025/02/13/86fbaab9-d5f2-4e0e-86e2-431eca73c4c5.jpg)
«Bütün sahələrdə olduğu kimi, futbolda da dayanıqlı və hərtərəfli inkişafa nail olmaq üçün peşəkarlara önəm verilməlidir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.
Uzun illər AFFA İcraiyyə Komitəsinin üzvü olmuş tanınmış funksioner federasiyanın yeni rəhbərliyinə öz dəstəyini nümayiş etdirib.
Müsahib bildirb ki, strategiya üçün ölkəyə gələn Belçika şirkətinin nümayəndələri ilə görüşüb:
«Belçika şirkətinin nümayəndələri Bakıya gələndə Tahir Süleymanovla birgə onlarla görüşmək istədik və sağ olsunlar, bizi qəbul etdilər. Tahir müəllimlə öz təkliflərimizi irəli sürdük.
Strategiyada yer alan mövzuların əksər hissəsi bizim tərəfimizdən təklif kimi irəli sürüldü.
Minnətdaram ki, fikirlərimiz dinlənildi və bəndlərdə öz əksini tapdı. Strategiyanın əsas “beşliy”ində olan əsas bəndlərlə bağlı təklifi mən irəli sürmüşəm».
II Liqada mübarizə aparan klubun bir nömrəli şəxsi bildirib ki, məqsədləri düzgün müəyyən edərək, uğur qazanmaq olar:
«İnkişaf strategiyasınının hədəflərınə çatmaq üçün AFFA tərəfindən işçi qrupu yaradılmalıdır.
Bu sahəni bilən futbol adamları 2025-2028-ci və daha sonrakı illər üçün bu işlərin düzgün, vaxtlı-vaxtında yerinə yetirilməsi ilə baglı AFFA və futbol ictimaiyyətinə hesabat verməlidir.
AFFA-nın inkişaf strategiyasında nəzərdə tutulan önəmli meyarlar var.
Hərbi xidmətle bağlı, hökümət və yerli icra orqanları ile əməkdaşlıq və regional fedarasiyalar üçün mərkəzləşdirilmiş struktur yaratmaq, strategiyanın inkişaf departamentinin oyuna gedən azarkeşlərin nəqliyyat marşrutlarını və cədvəllərini uzlaşdırmaq, eşitmə və görmə qabiliyyəti zəif olanlara əlil futbolçuların futbol meydançasını inşa etmək kimi.
Məktəblərdə futbol dərslarinin keçirilməsi də bura daxildir.
Həmçinin milli komandaya qədər gedən yolu futbolun pramidası adlandırmaq olar.
Bax, ən əsas məsələ budur. Nəticə olaraq, bütün bunlar milli komandalarımızın uğurlu çıxışını təmin etməlidir».