![Azərbaycanda “qış pəncərə”si bağlandı](https://www.sportinfo.az/media/2025/02/12/476876674_18486093622046079_7907770204811625136_n.jpg)
Azərbaycanda qış “transfer pəncərəsi” bağlanıb.
Sportinfo.az xəbər verir ki, 2024/25 mövsümünün ikinci yarısı üçün transfer dönəmi dünən başa çatıb.
Klublar son keçidlərini dünən saat 23:59-dək gerçəkləşdiriblər. Beləliklə, yanvarın 14-də açılan “transfer pəncərəsi” 28 gün davam edib.
Bundan sonra klublar yalnız azad agent statusu daşıyan futbolçuları heyətə cəlb edə bilərlər.