COP29

Premyer Liqada 12 klub, limitin ləğvi və bu məsələlər... Bu suallara kim cavab verəcək?

Premyer Liqada 12 klub, limitin ləğvi və bu məsələlər... Bu suallara kim cavab verəcək?

AFFA-nın İcraiyyə Komitəsinin sonuncu iclasında qəbul olunan qərarlar ölkə futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.

Hüç şübhəsiz, komitədə yer alanlar hansısa meyarlara əsaslanıb bu kimi qərarları qəbul ediblər.

İstər limitin ləğv olunması, istər Premyer Liqada iştirakçı sayının artırılması, istərsə də legionerlərə görə təyin olunan rüsumlar və yerli futbolçuların oynamasına görə nəzərdə tutulan mükafat – hər biri ilə bağlı ortaya müxtəlif suallar çıxıb.

Lakin təqdim olunan yeniliklərdə sualların cavabı yoxdur.

1. Premyer Liqada klub sayının artırılması təqdirəlayiq haldır. Növbəti mövsümdə elitada 12 iştirakçı mübarizə aparacaqsa, cari mövsümün yekunlarına əsasən Birinci Liqaya yuvarlanan olacaq, yoxsa yox?

2. Premyer Liqada iştirak imkanı qazanacaq digər 2 (elitada düşən olsa, aşağı dəstədən 3-ü gələcək) komanda hansı əsaslarla yüksək liqaya buraxılacaq? Turnir cədvəlindəki mövqelərə, yoxsa daha yaxşı şəraitə və imkana görə?

3. Limitin lıəğvi növbəti mövsüm üçün nəzərdə tutulubsa, uzunmüddətli plan əsasında yerli və legioner futbolçularla müqavilə bağlayan klublara dəyən ziyanı kim ödəyəcək?

4. 13-dən 15-ə qədər legionerin hər biri üçün 100, 16- və daha yuxarı legionerin hər biri üçün 200 min manat tələb olunacaqsa, maddi imkanı zəif olan klublar imkanlı klublardan geri qalacaq. Bu, ikili standart deyilmi?

5. Yerli futbolçulara şans verən klublara bonus ödəniləcək. Lap yaxşı.

Bəs, yaş limiti? Yaş limiti olmayacaqsa, klublar əsasən təcrübəli azərbaycanlılara şans verəcək. Belədə, gənc futbolçular necə, harada inkişaf edəcək?

İcraiyyət Komitəsinin gözdən pərdən asmaq üçün təşkil olunan tez-tələsik iclasında qərarların bu şəkildə qəbul olunacağı gözlənilən idi.

Öhdəliyi yerinə yetirmək üçün verilən qərarların arxasında tək bu yox, çox suallar gizlənir. Zəhmət çəkib, daha dərindən düşünərək fikir bildirmək lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti