AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, "Şamaxı"nın sabiq kapitanı Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb:
Azərbaycan Premyer Liqasında son klubu “Şamaxı” FK olan 11.09.1995-ci il təvəllüdlü Nağıyev Adil Akif oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);
I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.01.2003-cü il təvəllüdlü Xudaverdiyev Xəyal Aqil oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);
I Liqada “Mingəçevir” klubunda çıxış edən 27.05.1999-cu il təvəllüdlü Kərimov Mövlan Elşən oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);
I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);