Azərbaycanın U-17 millisinin oyunçusu Serbiyada şad xəbər alıb.
Belə ki, ötən il “Srvena Zvezda” ilə anlaşan 2008-Cİ İL təvəllüdlü İslam Həsənova Serbiyada oynamaq hüququnun verilməsi ilə bağlı uzun müddət idi danışıqlar davam edirdi.
Nəhayət, məsələ müsbət həllini tapıb və 16 yaşlı futbolçu Serbiyada futbol oynamaq hüququna malik olub. Və dərhal aşağı liqa təmsilçisi “Qrafiçar”a icarəyə verilib.
Məqsəd U-17 millimizin üzvünün daha çox oyun təcrübəsi qazanmasına nail olmaqdır.
Maraq üçün bildirək ki, məsələnin həllində və sövdələşmənin baş tutmasında “Qarabağ”la “Bakı”nın sabiq legioneri, tanınmış agent Boyan İliç yaxından iştirak edib.
İlin özü bununla bağlı sosial şəbəkə hesablarında məlumat verib.
HƏBİB / SPORTİNFO.AZ