COP29

Rəhbər şəxs qalmaqalla bağlı hər şeyi "Sportinfo"ya danışdı

4 Fevral 21:00 Azərbaycan Futbolu 264
Rəhbər şəxs qalmaqalla bağlı hər şeyi "Sportinfo"ya danışdı

Bir neçə gün əvvəl U-10 Liqasında keçirilən "Səbail" - "Qartallar" matçında yaşanan qalmaqalla bağlı xəbər vermişdik.

Söhbət görüşün gedişində kənardan rəqib futbolçunun təhdid, qadın hakimin isə təhqir olunmasından gedir.

Məsələ ilə bağlı "Qartallar"ın baş məşqçisi Kadir Öz Sportinfo.az-a açıqlama verib:

"Haqqında bəhs etdiyiniz görüşdə mən ümumiyyətlə olmamışam. AFFA-nın protokolunda da bu yer alıb. Həmin saatda Tenis akademiyasının stadionunda məşq keçirdim. Yaşanan hadisəyə görə biz də komanda olaraq üzüldük. O sözləri deyən valideynlər olub. Biri azərbaycanlı, digəri türkiyəli uşağın valideynidir.

Hər ikisi ilə söhbətimiz olub. Eyni hərəkətlər davam edəcəyi təqdirdə tədbir görəcəyik. Həmin valideynlərin oyunlara gəlmələrinə qadağa qoyacağıq və ya istəmədiyimiz halda olsa belə uşaqları komandadan xaric edə bilərik. Hər birini başa saldıq, onlar da başa düşdü.

Çox üzücü hadisədir. Amma birbaşa adım hallanmasa da, türkiyəli baş məşqçi deyilməsi məni çox üzdü. Adımın belə şeylərdən çəkilməsini istəməzdim. Ən pis təsir edəni odur ki, həmin gün orada olmadığım halda bu cür xəbərlər yayılır".

Maraq üçün bildirək ki, Kadir Öz "Beşiktaş"ın yetirməsidir. O, futbolçu karyerası ərzində Türkiyə klubları ilə bərabər, ölkəmizdə AZAL, "Qəbələ", "Bakılı" və "Neftçala" komandalarının da formasını geyinib.

43 yaşlı mütəxəssis hazırda Bakıda fəaliyyət göstərən "Beşiktaş Azərbaycan" futbol akademiyasının rəhbəridir.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 17:30 Çək və bizə göndər!
4 Fevral 00:00 "Mən xoşbəxt deyiləm"