COP29

PFL prezidentinə sərt sözlər söylədi: “Bizi əsəbləşdirirlər, bunlardan qurturmalıyıq!”

26 Yanvar 19:00 Azərbaycan Futbolu 847
PFL prezidentinə sərt sözlər söylədi: “Bizi əsəbləşdirirlər, bunlardan qurturmalıyıq!”

«Sözüm yoxdur deməyə. Biz ən birincisi bunlardan qurturmalıyıq».

Bu sözlər Region Liqasının iştirakçılarından «Ağfstafa Gəncləri»nin baş məşqçisi Şahin Kərimova aiddir.

Rayon klubunun çalışdırıcısı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun fəaliyyətinə sərt münasibət bildirib:

«Futbola yad adamlar təcili getməlidir. Bax onda nəyəsə nail olacağıq.

«Kəpəz»lə «Araz Naxcıvan» kücələdə qalıb. «Turan»ı da cıxar, «Şamaxı»nı da, oyna 6 klubla, 10 dövrədən ibarət cempionat kecirt.

Hansı yardımı etmisən? Nə təkliflər etmisən?

Gücün varmı, onlara yardım etməyə? Deyəcəksən, yox. Bəs onda niyə danışırsan?

Biz bu il Premyer Liqada klubların sayını 14-ə yüksəltməliyik. Nisbətən uyğun infrastrukturu olan bölgələri cəlb edib, catışmayan nöqsanları aradan qaldıraraq irəli getməliyik.

Şirkətlər sponsorluqdan imtina edırlər. Rəqabət demək olar yoxdur.

Qazax, Mingəcevir, Zaqatala, İmişli, Quba, Yevlax və Lənkaran stadionları kosmetik işlərə ehtiyac olaraq, çempionatda cıxış edə bilərlər.

Futbolun inkişafı ücün sərmayə qoymaq lazımdır. Onu da etmirlər və belələrini irəli itələyib, söz dedizdirirlər.

Sadəcə, bu danışanlar söz sahıbı deyirlər və ara-sıra müsahibə verib, bizi əsəbləşdirirlər!».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı
26 Yanvar 08:10 Xəzərdə zəlzələ oldu