COP29

AFFA İcraiyyə Komitəsi niyə toplantı keçirə bilmədi?

AFFA İcraiyyə Komitəsi niyə toplantı keçirə bilmədi?

AFFA İcraiyyə Komitəsinin (İK) toplantısı növbəti dəfə təxirə salınıb.

Bunun səbəbi federasiya başçısı Rövşən Nəcəfin hazırda ölkə xaricində olmasıdır.

SOCAR-ın prezidenti Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfərə gedib. Dövlət nümayəndə heyətinin tərkibində Davos forumuna qatılan yaxın 1-2 gün ərzində ölkəyə dönüşü gözlənilir.

Futbol qurumunun ali qərarverici orqanının yığıncağı da onun qayıdışından sonra baş tutacaq. AFFA artıq bu barədə İk üzvlərini məlumatlandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti