COP29

Biz təkcə yerli futbolçu qıtlığı yaşamırıq...

20 Yanvar 21:00 Azərbaycan Futbolu 229
Biz təkcə yerli futbolçu qıtlığı yaşamırıq...

"Qarabağ" 15 ilə yaxındı avrokuboklarda parlaq çıxış edir.

Klub uğurlu nəticələri ilə artıq dünyanın transfer bazarına da ayaq aça bilib.

Qısa müddətdə Kadi Borgesin "Krasnodar"a, Juninyonun isə "Flamenqo"ya 5 milyon avroya keçidi bunu deməyə ciddi əsas verir.

Amma təssüf ki, "köhlən atlar"ın transfer bazarındakı addımlarının hər birində əcnəbi izi var.

Hələ də bir yerli futbolçunun səs-küylü gedişinə sevinə bilməmişik.

Juninyonu, Kadini görən bizimkini görmür?

Təbii ki, görür, amma onlar qədər ciddi səviyyədə qəbul etmir.

Bu, hələ bizim ən üzdə olan yerlilərimizdir.

Təsəvvür edin ki, Qurban Qurbanov kimi mütəxəssisin əlinin altında bişən, Zubir, Kadi, Juninyo kimi usta futbolçuların yanında yetişən və stabil olaraq Avropa meydanlarında böyük futbol ənənəsini yaşayan yerlilər ölkədən kənarda heç kimə lazım deyil.

Qəribəsi bilirsiniz nədir?

Bu qədər lüksun altında böyüməyən azərbaycanlı futbolçuların limitin ləğv edilməsindən sonra gedib Gürcüstan, Belarus, İran kimi aşağı səviyyəli çempionatlarda inkişaf edəcəyini düşünən futbol mütəxəssislərimiz, menecerlərimiz var.

Deyəsən, təkcə yerli futbolçu qıtlığı yaşamırıq axı...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 18:10 Çək və bizə göndər!