“Futbolda görüləsi işlərimiz çoxdur.
Daha çox yarış keçirilməli və uşaq futboluna investisiya yatırmalıyıq”.
Sportinfo.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova aiddir.
Nazir qeyd edib ki, ölkə futbolunun inkişafı üçün çox işlər görülməlidir:
"bİZ öz növbəmizdə bunu etməyə başlamışıq. Eyni zamanda, infrastruktura diqqət ayrılmalı, stadionlar təmir olunmalıdır.
Bir çox bölgəmizdə təmirə ehtiyacı olan arenalarımız var. Amma biz bunu tək bacara bilmərik.
Bunun üçün sponsorlar olmalıdır. Tutaq ki, hansısa stadionu əsaslı təmir etdik.
Orada oynayacaq komanda olmalıdır. Üstəlik, arenanın baxımı da var.
Düzdür, artıq II Liqamız da var. Üç-dörd il əvvəl bu, yox idi.
Müəyyən irəliləyişlər var. Təbii ki, azarkeşlər kimi, biz də yığmamızın ən azı qonşu Gürcüstan kimi nəticələr əldə etməsini istəyirik.
Amma klub səviyyəsində biz onlardan üstünük. Uşaq futboluna daha çox sərmayə qoymalıyıq, milli komanda üçün səviyyəli futbolçular yetişsin.
Əsas odur ki, plan olsun. Məsələn, Gənclər və İdman Nazirliyinin 2030-cu ilə qədər strategiyası var.
Bütün federasiyalara da demişik, onlar da öz strategiyalarını bitirirlər. Hətta bəziləri bu prosesi başa çatdırıblar.
Artıq futbolda da strategiyanı yazmağa başlayıblar. Strategiya ona görə vacibdir ki, nə istədiyimizi bilək”.