COP29

AFFA: 250-dən çox layihənin icrası nəzərdə tutulub

11 Yanvar 14:20 Azərbaycan Futbolu 387
AFFA: 250-dən çox layihənin icrası nəzərdə tutulub

AFFA tərəfindən 26 əsas sahə üzrə 250-dən çox layihənin icrası nəzərdə tutulub.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun inkişaf startegiyasının layihəsində bildirilib.

Futbolun populyarlaşdırılması yönündə 4 əsas sahə üzrə 54 layihə həyata keçiriləcək. Futbol mütəxəssislərinin inkişaf etdirilməsi üçün isə 3 əsas sahə üzrə 45 layihə nəzərdə tutulub.

Bundan başqa, regional və gənclər futbolu üçün 3 əsas sahə üzrə 61 layihə icra ediləcək. Maliyyə məsələləri ilə bağlı 2 əsas sahə üzrə 27 layihə planlaşdırılıb.

İnfrastrukturla bağlı 7 əsas sahə üzrə 20 layihənin həyata keçirilməsi planlaşdırılıb. İnklüzivlik üçün 3 əsas sahə üzrə 27 layihənin icrası nəzərdə tutulub.

İdarəetmə sistemi, liderlik və strategiyanın icrası üçün isə 4 əsas sahə üzrə 19 təşəbbüs irəli sürüləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 19:30 Çək və bizə göndər!