COP29

"Xəzər Lənkəran"ın əfsanəsi peşəkar karyerasını bərpa edəcək?

8 Yanvar 22:20 Azərbaycan Futbolu 1 660
"Xəzər Lənkəran"ın əfsanəsi peşəkar karyerasını bərpa edəcək?

İkinci Liqanın qış çempionu "Şahdağ Qusar" oldu.

Bölgə klubu birinci dövrəni bir nəfəsə arxada qoydu.

13 matçda komanda məğlubiyyət tanımadı.

Uğurlu çıxışda komandanın ən təcrübəli futbolçusu Rahid Əmirquliyevin əməyi danılmazdı.

2023-cü ilin yayında peşəkar karyerasını başa vuran sabiq milli üzvü ötən mövsümdən yarım həvəskar liqada doğma rayonunun komandasına kömək edir.

Bu gedişlə Qusar təmsilçisini növbəti mövsüm Birinci Liqada görəcəyik. Maraqlıdır, Əmirquliyev peşəkar statuslu çempionatda hansı qərarı verəcək? Peşəkar karyerasını bərpa edəcək, yoxsa mənimki bura qədər deyib kənara çəkiləcək?

O, Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları dedi:

"Bu barədə indi nəsə demək düzgün deyil. Bəli, həvəsim böyükdür. Futbol oynamaq istəyirəm. Amma Birinci Liqaya vəsiqə qazanandan sonra necə olacağını bilmirəm.

Birinci Liqada oynaya biləcəmmi? Komandaya fayda verə biləcəmmi? Bunlar hamısı sualdır. Düşünürəm ki, mövsümün sonunu gözləmək lazımdır. Ondan sonra yekun qərar vermək olar".

36 yaşlı yarımmüdafiəçi son olaraq "Səbail"də çıxış edib.

"Şahdağ"ın yetirməsi 10 il şərəfini qoruduğu "Xəzər Lənkəran"dakı çıxışı ilə məşhurlaşıb.

Azərbaycan yığmasında 60 oyunda 5 qolla yadda qalan veteran futbolçu iki mövsüm "Qarabağ"ın da formasını geyinib.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti