Gənclər və idman naziri Fərid Qayıbov Avropa klublarında oynamağa layiq gördüyü futbolçunun adını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, o, 5 nəfərin üzərində dayanıb.
Bildirib ki, son illər “Qarabağ”da Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə və Elvin Cəfərquliyev kimi futbolçular özlərini yaxşı tərəfdən göstərirlər:
“Onlar 3-4 ilin içində inkişaf etdilər. Nəriman da son oyunlarda daha çox şans qazanır.
Elvin isə Avropanın güclü liqalarında rahat oynaya bilər. Böyük potensialı var. Beynəlxalq təcrübə qazandıqca, inkişaf edirlər”.