"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2024-cü il üçün Azərbaycanın ən yaxşı futbolçusu haqda danışıb.
Sportinfo.az xəbər verir ki, Q.Qurbanov öz versiyasını açıqlayıb və üstünlüyü komandasının futbolçusuna verib:
“İlk ağlıma gələn Toral Bayramov oldu. Çox yaxşı mövsüm keçirdi.
Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu”.