"Cəbrayıl"da maliyyə böhranı dözülməz həddə çatıb.
Hətta komanda Birinci Liqanın 10-cu turunda meydana çıxmaya bilər.
Belə ki, uğurlu mövsüm keçirən bölgə klubu 19 dekabr "Zaqatala"nın qonağı olmalıdır.
Oyun üçün sabah yola çıxmalı olan klubda durğunluqdur.
Nəqliyyat, otel və qidalanma üçün lazım olan məbləğ yoxdur.
Rayon icra hakimiyyətinin rəhbərliyi də çıxılmaz vəziyyətdə olan Cəbrayıl təmsilçisinə dəstək olmaqdan imtina edib.
Yerli iş adamları da sinəsini qabağa verməkdə maraqlı deyil.
Sabah nə olacağı bilinmir.
Amma bu an üçün dəqiq olan odur ki, komandanın səfərə yola düşməsi üçün maddi imkanı yoxdur.
Yaranmış vəziyyətə müdaxilə edilməsə, hətta "Cəbrayıl"ın çempionatda iştirakını dayandırması an məsələsidir.
Xatırladaq ki, 9 turdan sonra aktivində 13 xalı olan "Cəbrayıl" 4-cü pillədə qərarlaşır.
XANOĞLAN/ SPORTİNFO.AZ