AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısının vaxtı müəyyənləşib.
Federasiyanın ali qərarverici orqanı, uzaqbaşı, dekabrın 14-də bir araya gələcək.
Qurumdan redaksiyamıza verilən məlumata görə, tədbirin günü ilə bağlı üzvlərə xəbərdarlıq olunub.
Yığıncağın gündəliyinə gəlincə, bura bir neçə məsələ daxildir.
Müzakirələrin başında isə əsas və aşağı yaş qrupları üzrə millilər gələcək. İK komandaların yeni strategiyası, məşqçi korpusları və qarşıya qoyulan hədəflər ətrafında polemika aparacaq, qərarlar verəcək.
Heç şübhəsiz, hamının maraqla gözlədiyi proses Fernandu Santuşla bağlıdır.
Komitə üzvləri Millətilər Liqasının C Liqasından D Liqasına yuvarlanan millinin üzləşdiyi vəziyyətlə əlaqədar onun nə deyəcəyini eşitmək üçün səbirsizlənir.
Baş məşqçi böyük uğursuzluğun səbəblərindən ibarət raport hazırlayıb və onu ilk dəfə ayın 14-də açıqlayacaq.
SPORTİNFO.AZ