COP29

Rövşən Nəcəf “yox” cavabı saldı, bu şəxsi AFFA-nın rəhbərliyinə gətirə bilmədi

Rövşən Nəcəf “yox” cavabı saldı, bu şəxsi AFFA-nın rəhbərliyinə gətirə bilmədi

AFFA prezidenti Rövşən Nəcəfin atdığı «ox» daşa dəyib.

Ramil Həsənov federasiyanın baş katibi vəzifəsini tutmaqdan imtina edib.

Vaxtilə bu qurumda çalışmış, hazırda isə «Sabah»da idman direktoru vəzifəsini tutan funksioner ora qayıtmaq istəməyib.

Masazır klubuna gələnə kimi «Səbail»də də işləmiş idarəçi AFFA-dan aldığı iki təklifi geri çevirib. Həsənov «Sabah»da fəaliyyət göstərməkdən məmnun olduğunu, federasiyaya dönməyi planlaşdırmadığını bildirib.

Qurumun baş katib postunu 2022-ci ildən Sərxan Hacıyev tutur. O, bu ilin aprelindən bəri iki kürsüyə - icraçı vitse-prezident və baş katib vəzifələrinə sahiblənib.

Rövşən Nəcəfin yanaşmasından bəlli olur ki, bu. müqəvvəti haldır, həmişə belə getməyəcək. AFFA-nın yeni prezidenti əsas icraedici işə öz adamını gətirmək niyyətindədir.

Onun mövqeyi qətidir: federasiyaya yeni kadrlar gəlməlidir. Təbii ki, oradan-buradan, künc-bucaqdan yox. Şəxsinə kimləri yaxın sayırsa, bax onları.

Sərxan Hacıyev bu kateqoriyaya daxil deyil. qurumun başqanı onu özünə yaxın buraxmır və ya buraxmaq istəmir.

Bilmirik haqqında Nəcəfə nə deyiblər, ancaq fakt budur ki, Hacıyevlə arasında böyük məsafə saxlayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi