"Azərbaycan futbolunda iöyük yanğın var".
Bu fikirlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.
ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı yığmamızın UEFA Millətlər Liqasının C Liqası ilə vidalaşmasını fəlakət adlandırıb.
Bildirib ki, Estoniya və İsveçlə son qarşılaşmalar ölkəmizin futbol sferasının məhv olmaq həddinə çatmasından xəbər verir.
Rzayev deyib ki, dəhşət saçan problemlər AFFA-nın keçmiş rəhbərliyinin dönəmində yaranmağa başlayıb.
Aparıcı Rövşən Nəcəfin prezident postuna gəlişi ilə rəhbərliyi dəyişən federasiyanın hadisələrin gedişinə müdaxilə etmədiyini diqqətə çatdırıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN