"Qazaxıstan da gəlib bizi keçib".
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Azərbaycan futbolunun sürətlə dibə vurduğunu bildirib.
Tanınmış teleşərhçi deyib ki, millimiz dünya və Avropa çempionatlarının seçmə mərhələlərində bir-birindən uğursuz mövsümlər keçirir.
Bu azmış kimi, Millətlər Liqasında da mövqelərimizi itirməkdəyik. Abbasov C Liqasının I qrupunda sonuncu yeri tutaraq
D Liqasına yuvarlanan komandanın Fernandu Santuşla çıxışa keçməsinə inanmadığını qeyd edib.
Ekspert həmçinin AVRO-2028-ə vəsiqə qazanmağın qətiyyən mümkün olmadığını söyləyib, Qazaxıstan yığmasını bizimlə müqayisədə daha şanslı sayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN