COP29

Sponsorlar bu klublardan imtina edir, AFFA rəhbərliyi “yatır”

6 Noyabr 02:00 Azərbaycan Futbolu 1 552
Sponsorlar bu klublardan imtina edir, AFFA rəhbərliyi “yatır”

"Lerik" fəaliyyətini dayandırmaq astanasındadır, "Cəbrayıl"ın sponsoru klubdan imtina edib, "Füzuli"yə də pul buraxacaq adam axtarırlar. AFFA rəhbərliyi bunları gözardı edib əcnəbilərə bahalı strategiya hazırlatdırmaqla məşğuldur.

Aşağı liqa klublarının əksəriyyəti sürünür. AFFA tez-tələsik II Liqa yaratdı, amma klubların dövlətin verdiyi qəpik-quruşla necə dolanacağı barədə düşünmədi. Məsuliyyəti kiçik iş adamlarının üzərinə qoydular.

Əvvəl-əvvəl işə həvəslə girişən sponsorlar artıq soyumağa başlayıblar klublardan.

AFFA-nın bütün bunlara şablon cavabı var - klublar dövlətin verdiyi pula arxalanmamalı, əlavə sponsorlar cəlb etməlidilər. Yaxşı səslənir, amma gerçəkləşməsi mümkün görünmür.

Bu ölkədə nəinki aşağı liqa klublarına, heç Premyer Liqa təsmilçilərinə sponsor tapmaq müşkül məsələdir. Bunun ən bariz nümunəsi "Kəpəz"dir. Neçə ildir dad eləyirlər, yaxın duran yoxdur.

"Qarabağ"dan tutmuş, bütün digər klublara ya nəhəng holdinqlər, ya da məmurlar sahibləniblər. Hamısı da ölkə rəhbərliyinin tapşırığı ilə!

AFFA aşağı liqa klublarına utopik məsləhətlər vermək əvəzinə durumdan çıxış yolları axtarmalıdır. Əks halda aşağı liqa klubları ya dağıla-dağıla gedəcək, ya da sürünə-sürünə sadəcə mövcud olacaq (sportal.az).

Həmid

Digər Xəbərlər
Xəbər Lenti