Minifutbol üzrə Azərbaycan çempionatında 4-cü turun oyunları keçirilib.
Turun mərkəzi qarşılaşması "Aznur" və "Sumqayıt" komandaları arasında oynanılıb.
Matçdan alınacaq 3 xal hər iki kollektivi turnir cədvəlində fərqli mövqelərə yüksəldə bilərdi.
Belə ki, "Aznur" qalib gəlsəydi, 4-cü sıraya qalxacaqdı, "Sumqayıt" isə 2-ci pillədəki mövqeyini möhkəmləndirmək imkanı qazanacaqdı.
Gərgin və maraqlı keçən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Matçı "Sumqayıt"ın rəsmiləri və idarə heyətinin üzvləri də tribunadan izləyib.
Klub rəhbərliyinin matçın gedişatında həyəcanı və komandaya verdiyi motivasiya görülməyə dəyərdi. Bu ab-hava qarşılaşmaya əlavə rəng qatmışdı.
SPORTİNFO.AZ