Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş Azərbaycan turuna çıxıb.
Səfər istirahət yox, tanışlıq xarakteri daşıyır.
Portuqaliyalı mütəxəssis Bakıdan Qəbələyə yollanıb. Məqsəd millinin noyabrın 16-da Estoniya ilə qarşılaşacağı Qəbələ şəhər stadionundakı vəziyyətlə yerində tanışlıq olub.
Santuş Qəbələdən birbaşa Tovuza səfər edib və hazırda Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilən “Turan Tovuz” - “Kəpəz” görüşünü canlı izləyir.
70 yaşlı mütəxəssis sabah Tovuzdan Gəncəyə yola düşüb burada yeni istifadəyə verilmiş Futbol Akademiyası ilə yaxından tanış olacaq.
Santuşun Bakıda oturmayaraq regionlardakı vəziyyətlə yerində tanış olması təqdirəlayiq haldır.
Maraq üçün bildirək ki, səfər zamanı baş məşqçini AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev, onun müşaviri Orxan Əhmədov, yığmanın direktoru İlqar Qurbanov və mətbuat katibi Elnur Məmmədli müşayiət edir.
HƏBİB / SPORTİNFO.AZ