COP29

Premyer Liqa kllublarının işi yüngülləşdirildi

Premyer Liqa kllublarının işi yüngülləşdirildi

Azərbaycan kubokunda 2024/25-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, matçlar 28, 29, 30 və 31 oktyabr tarixlərində keçiriləcək.

Xəbərdə qeyd olunub ki, 2-ci təsnifat mərhələsində iştirak edən 2-ci liqa klublarının (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev oyunlarını keçirdiyi stadionlar Premyer Liqada çıxış edən klubları qəbul etmək tələblərinə cavab vermədiyi üçün iştirakçı klubların razılığı ilə oyunlar elitada klublarının stadionunda keçiriləcək.

Həmçinin məlumatda bu da bildirilib ki, İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “İmişli” – “Cəbrayıl” oyunu Şamaxı OİK stadionunda baş tutacaq.

28 oktyabr (bazar ertəsi)

20:00. “Turan Tovuz” – “Haypers Guba”

Tovuz şəhər stadionu

29 oktyabr (çərşənbə axşamı)

14:00. MOİK – “Şimal”

“Kapital Bank Arena” (ehtiyat meydança)

16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”

“Liv Bona Dea Arena”

16:00. “Ağdaş” – “Kəpəz”

Tovuz şəhər stadionu

18:00. “Dinamo” – “Səbail”
“ASCO Arena”

30 oktyabr (çərşənbə)

14:00. “Şamaxı” – “Şəmkir”
Şamaxı şəhər stadionu

14:00. “Mingəçevir” – “Zaqatala”

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “Karvan”

Lökbatan OİK stadionu

15:00. “Şəfa” – “Difai”

“ASK Arena”

31 oktyabr (cümə axşamı)

14:00. “İmişli” – “Cəbrayıl”

Şamaxı OİK stadionu

15:00. “Qəbələ” – “Bakı Sportinq”

Qəbələ şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor