«Bu sualları tez-tez verirlər ki, niyə gürcülər futbolda bizdən üstündür?
Açığı, burada genetik faktorlardan tutmuş bir çox amillər var».
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, iki qonşu ölkənin futbolu arasındakı fərqlərdən söz açıb. Bildirib ki, gürcülər hələ sovet dönəmində bu idman növündə qazandıqları uğurlarla çox uzağa gediblər. T
anınmış teleşərhçi Tbilisi «Dinamo»sunun iki dəfə SSRİ çempionu olmasını, iki dəfə SSRİ kubokunu başı üzərinə qaldırmasını xatırladıb.
Qeyd edib ki, «Dinamo» 1980/81-ci il mövsümündə UEFA Kuboklar Kubokunu qazanıb:
«Bu adamlar hələ o vaxt futbolda öz sözlərini deyiblər. Bəs «Neftçi» neyləyib?
Cəmi bir dəfə, o da 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını əldə edib. «Neftçi» digər mövsümlərdə daim aşağı nətixələr göstərib.
Düzdür, İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov kimi SSRİ miqyasında tanınmış futbolçularımız olub, amma komanda şəklində heç nə edə bilməmişik».
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN