COP29

Rövnəq Abdullayevin yoluyla gedən Rövşən Nəcəf heç nə bilmir futboldan

21 Oktyabr 09:00 Azərbaycan Futbolu 1 970
Rövnəq Abdullayevin yoluyla gedən Rövşən Nəcəf heç nə bilmir futboldan

Düz 16 il, Rövnəq Abdullayev dəstəsi ilə futbola varid olandan yazdıq.

Yazdıq ki, Azərbaycanda futbolçu yoxdur, əvvəlcə məhsul yetişdirməli, sonra ondan istifadə etmək üçün əcnəbi məşqçi gətirmək lazımdır, əgər yerlilər bacarmasa.

Amma Rövnəq Abdullayev düz 16 il (Qurban Qurbanovu qəsdən gözdən salmaq üçün quruduqları bir illik planı nəzərə almasaq) əcnəbi məşqçiləri gətirdi Azərbaycana. Milyonlarla vəsaitin başına daş saldı.

Bu “paz”dan qurtulanda, təbii ki, ictimaiyyətdə ümid yarandı. Fikirləşdik ki, AFFA-nın yeni rəhbərliyi 16 illik problemdən xəbərdardır. Düşündük ki, Rövşən Nəcəf Rövnəq Abdullayevin nəyə görə tənqid olunduğunu bilir və onun yolunu getməyəcək. İnandıq ki, AFFA-nın yeni rəhbərləri çarıqlarını geyinib rayon-rayon, kənd-kənd gəzəcəklər, futbolun inkişaf strategiyasını quracaqlar.

Amma onlar nə etdilər? Eynən Rövnəq Abdullayevin etdiyini. Gedib əcnəbi məşqçi gətirdilər. Və bir də çox bahalı bir şirkət tapıb ona Azərbaycanda futbolun strategiyasını yazmağı tapşırdılar. Yəni pul yumağın yeni üsulunu gətirdilər futbol təsərrüfatına.

Rayonlarda, kəndlərdə isə uşaqların gözü yoldadır hələ də.

İndi bu cəmiyyət nə etsin, tənqid etməsin bunları? Rövnəq heç nə bilmirdi futboldan. Amma bilirdi ki, bilmir. Səlahiyyəti vermişdi “istedadlı dələduz”a.

Rövşən Nəcəf də heç nə bilmir futboldan. Amma elə bilir ki, bilir. Çox təhlükəli kadrdır. Rövnəq Abdullayevdən qat-qat təhlükəli. Və onu dəstəkləyir, inanır, qoruyurlar.

Bağlayın futbol söhbətini!

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı