Azərbaycanda yeni kənd komandası yaradılıb.
Ağcabədi rayonunun Avşar kəndinin camaatı ölkənin futbol səhnəsinə çıxmaq yolunda ilk addımı atıb.
«Avşar» artıq AFFA tərəfindən qeydiyyata alınıb. Kəndin eyniadlı təmsilçisi növbəti mövsümdən etibarən Region Liqasında qüvvəsini sınayacaq.
Yerli gənclərdən ibarət kollektiv Şərq-Qərb - Qərb zonasında mübarizə aparacaq.
Beləcə, Ağcabədi rayon tarixində ilk dəfə Region Liqasında iki komandayla yarışa qoşulacaq.
Ötən il fəaliyyətə başlayan «Olimpiya» artıq bu çempionatda debüt edib.
SPORTİNFO.AZ