COP29

Yolumuzu, izimizi, xəttimizi dəyişməliyik, cənablar!

17 Oktyabr 22:20 Azərbaycan Futbolu 246
Yolumuzu, izimizi, xəttimizi dəyişməliyik, cənablar!

Əgər Azərbaycanın əsas millisi məğlubiyyətləri sıralayırsa, gənclər yığması meydana daha az qol buraxmaq üçün çıxırsa, meydanda olanların tənqid olunmasından məntiqli heç nə yoxdur.

Biz də haqlı olaraq tənqid edirik, bacarıqsız damğası vururuq.

Amma digər tərəfdən baxanda axı bu uşaqların günahı yoxdur.

Məgər Avropada futbolçular öz-özünə bacarıqlı olur? Yoxsa hamısı anadangəlmə istedaddır?

Təbii ki, yox.

Avropada futbola ilk addımlarını atan uşaq üçün ilk növbədə ədalət prinsipləri var. Ardınca məşq etmək üçün meydanlar, futbol oynamaq üçün toplar, normal qidalanmaq üçün qidalar var.

Elə savadlı məşqçilər də yox deyil. Həm də yüksək maaşa işləyən.

Bu gün bizdə bunların hansı var? Heç biri!

Uşaqlar məşqə xarici klubların formasında gəlir. Əsas komandada yararsız əcnəbilər top qovur, amma akademiya uşaqlarına forma verməyə pul tapılmır.

Meydançalar futboldan başqa hər şey üçün yarayır.

Əksər məşqçilər uşağa futbol öyrətməkdən başqa hər işlə məşğul olur.

Bir məşqçi taktiki-texniki məşq verir, fiziki hazırlıq keçir, psixoloqluq edir.

Hələ onu da valideynlərlə aralarındakı şəxsi münasibətlərdən başları açılsa.

Məncə, bizim bacarıqsız olduğumuz yer çox dərindədir.

Sadəcə üzdə olan bacarıqsızları görürük, amma onları "yetişdirən" dərinliyə enmirik.

Bizim futbolun ən axırıncı günahkarları meydançadakı futbolçulardı.

Hər işimiz tərsinədir.

Biz də başa getməkdən, daldan - futbolçulardan qabağa gəlirik.

Belədə hər başımızı qaldıranda məğlubiyyətlər önümüzdə sipər olacaq.

Yolumuzu, xəttimizi, izimizi dəyişməliyik, cənablar!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti