COP29

Daxili İşlər Nazirliyinin klubu istəyinə çatacaqmı? – CANLI YAYIM

14 Oktyabr 13:30 Azərbaycan Futbolu 1 617
Daxili İşlər Nazirliyinin klubu istəyinə çatacaqmı? – CANLI YAYIM

Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında II Liqa təmsilçiləri - "Dinamo" və "Füzuli" üz-üzə gələcək.

Neftçi Futbol Mərkəzində reallaşacaq qarşılaşma saat 13:30-da başlayacaq. Qalib komanda II təsnifat mərhələsində "Səbail"ə rəqib olacaq.

Daha əvvəl "Şahdağ Qusar" "Kür-Araz"ı (3:1), "Şəfa" "Saatlı-Araz"ı (2:0), "Şəmkir" "Şəki City"ni (1:0), "Ağdaş" "Lerik"i (4:0), "Şimal" "Qusar"ı (4:1), "Hypers Guba" "Göygöl"ü (3:2) məğlub edərək növbəti raunda yüksəlib.

13:30. “Dinamo” – “Füzuli”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
Neftçi Futbol Mərkəzi.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
16 Oktyabr 11:00 Görün, nə olacaq!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI