COP29

Bu gün Azərbaycan Kubokunda yeni mövsüm başlayır – CANLI YAYIM

12 Oktyabr 14:00 Azərbaycan Futbolu 1 952
Bu gün Azərbaycan Kubokunda yeni mövsüm başlayır – CANLI YAYIM

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk olaraq I təsnifat mərhələsinin iki oyunu baş tutacaq.

II Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:00-da start götürəcək.

Günün digər qarşılaşmasında “Şəfa” – “Saatlı-Araz” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.

I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.

12 oktyabr

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.

Hakim-inspektor: Ceyhun Haşımov.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

“Şahdağ Qusar”: 99. Elmar Əzizov 8. Fərman Qənbərov 88. Mehdi Rəsulov 7. Salman Atluxanov 6. Vüsal Hüseynov 9. Famil Camalov 4. Rubin Seyidov (k) 21. Ruslan Ağalarov 30. İlkin Mikayılov 71. Cavid Quliyev 38. Said Əliyev

Ehtiyat oyunçular: 12. Rafiq Kərimov 1. Babək Allahverdiyev 15. Nodar Məmmədov 14. Rahid Əmirquliyev 11. Tural Qurbatov 19. İlyas Səfərzadə 44. Afin Bağırov 17. Emin Quliyev 70. Ruslan Hacıyev 10. Mehman Məsimov 77. Ədilxan Qarəhmədov 55. Firuz Əhmədov

“Kür-Araz”: 1. Şöhlət Rəhimov 11. Ramazan Abbasov 8. Cavidan Musazadə (k) 6. Ağasən Əsgərov 9. Elxan Məmmədov 77. Müseyib Vəlizadə 15. Babək Yaqublu 5. İlkin Hüseynli 7. Fəzail Şirxanzadə 13. Nihad Məmmədov 4. Fərid Oruczadə

Ehtiyat oyunçular: 12. Hilal Maqsudlu 14. Elnur Məmmədov 18. Nicat Fərəcli 3. Eltun Həsənli 16. Əli İbrahimli

16:30. “Şəfa” – “Saatlı-Araz”

Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.

Hakim-inspektor: Gülağa Cabarov.

"ASK Arena".

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 17:40 Ölmə, eşşəyim, ölmə!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
16 Oktyabr 11:00 Görün, nə olacaq!
16 Oktyabr 03:00 II Liqa: Bunlar AÇIQLANDI