COP29

Baş məşqçi hədəfi açıqladı: “Çempionluq” - FOTOLAR

5 Oktyabr 16:20 Azərbaycan Futbolu 1 140
Baş məşqçi hədəfi açıqladı: “Çempionluq” - FOTOLAR

“Sumqayıt” qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan çempionatında 2024-2025-ci il mövsümünə start verilib.

Çempionatın ilk turunda azarkeşlər bol qollu qarşılaşmaların şahidi olublar.

Bu mövsüm edilən transferlər və qarşıya qoyulan çempionluq hədəfi ilə çempionata başlayan kollektivlərdən biri də “Sumqayıt”dır. Çempionatın ilk turunda “gənclər şəhəri”nin təmsilçisi “Atəşgah Suraxanı” ilə qarşılaşıb.

Görüş “Sumqayıt” futbolçularının 7:3 hesablı qələbəsi ilə başa çatıb. “Sumqayıt”ın heyətində Elmar Rəhimov “het-trik” edib.

Əsgər Alişanovun dubl etdiyi qarşılaşmada Murad Hüseynovla Mehdi Rəsulov hərəyə bir qolla yadda qalıblar.

Qarşılaşmadan sonra “Sportinfo.az-a açıqlama verən “Sumqayıt”ın baş məşqçisi İlkin Hacıyev ilk növbədə Azərbaycan Minifutbol Federasiyası rəhbərliyinə təşəkkür edib:

“Federasiya rəhbərliyi bu cür yüksək səviyyəli çempionatı təşkil etməklə, futbolun inkişafına töhvə verir. Bütün klublara uğurlar arzulayıram.

“Sumqayıt” klubuna gəldikdə isə demək istərdim ki, hədəfimiz hər kəsə bəllidir. Mövsümə çempionluq hədəfi ilə başlamışıq.

İlk oyunlar hər zaman çətin olur. Rəqibin kimliyindən asılı olmayaraq, çempionata uğurlu başlamaq çox vacib idi.

Qarşıdakı turlarda da çalışacağıq ki, oyun və nəticə olaraq ən yaxşısını edək”.

Digər Xəbərlər
Xəbər Lenti