COP29

“Qarabağ” uduzdu, Bolqarıstan Azərbaycanı geridə qoydu

“Qarabağ” uduzdu, Bolqarıstan Azərbaycanı geridə qoydu

Avropa Liqasının və Konfrans Liqasının ötən gecə keçirilən matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.

Sportinfo.az xəbər verir ki, AL-in Liqa mərhələsinin 2-ci turunda Azərbaycan təmsilçisi "Qarabağ" İsveç "Malmö"sünə uduzub - 1:2.

Nəticədə ölkəmizin xal hesabı dəyişməyib - 19,125 xal. Eyni xala malik Bolqarıstan Azərbaycanı geridə qoyaraq 27-ci yerə yüksəlib. Ölkəmiz hazırda 28-cidir.

Azərbaycanın cari mövsümdəki qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqinə “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal yazdırıb.

Cədvələ 92,446 xalla İngiltərə liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq