COP29

Azərbaycan klubları Superkubok oyununa maraq göstərmir

Azərbaycan klubları Superkubok oyununa maraq göstərmir

Azərbaycan Superkuboku uğrunda oyunun keçirilməsi hazırda gündəmdə deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov məlumat verib.

PFL rəsmisi bildirib ki, Superkubokun qalibinə mükafat verilmədiyi, eləcə də görüş avrokuboklara vəsiqə qazandırmadığı üçün klublar bu matçın təşkilinə maraq göstərmir.

Azərbaycan Superkuboku uğrunda oyun sonuncu dəfə 2013-cü ildə “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçirilib. Görüş Lənkəran təmsilçisinin qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti