COP29

Azərbaycan Kubokunda yeni mövsüm - 34 komanda, 25 bölgə

Azərbaycan Kubokunda yeni mövsüm - 34 komanda, 25 bölgə

Azərbaycan Kubokunun 2024/25 mövsümünün hansı tarixdə start götürəcəyi dəqiqləşib.

Turnir 12 oktyabrda start götürəcək.

Birinci təsnifat mərhələsində İkinci Liqa klubları mübarizə aparacaq.

İkinci təsnifat mərhələsindən qaliblərə Birinci Liqa və Premyer Liqa klubları da qoşulacaq.

1/8 final mərhələsi daxil qaliblər 1 görüşün sonunda məlum olacaq.

1/4 final mərhələsindən isə ev -səfər oyunları prinsipi qüvvəyə minəcək.

Həlledici matç isə 1 iyun tarixində keçiriləcək.

Ümumilikdə 34 klub Azərbaycan Kuboku uğurunda mübarizəyə qoşulacaq.

Maraq üçün bildirək ki, 34 klubdan 25-i bölgələri təmsil edir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti