Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
Sportinfo.az xəbər verir ki, ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda "Tottenhem" ə 0:3 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına töhfə verə bilməyib.
Hazırda 27-cı pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.
26-cı olan Rumıniya da Azərbaycanla eyni əmsala malikdir. 28-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.
55 ölkənin yer aldığı reytinq siyahısının ilk pilləsində İngiltərə (90.589) qərarlaşıb.