Minifutbol üzrə Azərbaycan çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, turda üz-üzə gələcək komandalar müəyyənləşib.
Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) baş katibi Orxan Hüseynov, turnirə qatılacaq komandaların nümayəndələri və digər şəxslər iştirak ediblər.
İlk olaraq AMF-in 2017-ci ildən bu vaxtadək gerçəkləşdirdiyi layihələr haqqında məlumat verilib.
Ardınca ötən mövsümün ən yaxşı futbolçusu açıqlanıb. Bu ada "Birbaşa Bakı"dan Elvin Əlizadə layiq görülüb.
Son olaraq turnirin reqlamenti barədə məlumat verilib. Çempionatda 13 tur oynanılacaq və ardınca pley-off, 1/4 final, yarımfinal və final matçları baş tutacaq.
Oktyabrın 1-də start veriləcək turnirdə 14 komanda mübarizə aparacaq. Ötən mövsüm "Birbaşa Bakı" ölkə çempionu olub.
“Aznur” - “Çinar Zəngilan”
"Füzuli Altay” - “Zirə”
“Sumqayıt” - “Atəşgah Suraxanı”
“Star Bakı” - “Siyəzən”
“Şamaxı” - “Laçın”
"Birbaşa Bakı” - “Göyçə”
"Galaxy” - “Bakı 145”