COP29

AFFA-dakı məşhur əcnəbinin UCUZ ŞOUSU!

17 Sentyabr 19:40 Azərbaycan Futbolu 786
AFFA-dakı məşhur əcnəbinin UCUZ ŞOUSU!

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker təyinatından təxminən 2 ay sonra gündəmə gəlib.

Gündəmdəki məsələyə aydınlıq gətirmək üçün.

Söhbət Premyer Liqanın 6-cı turunda “Sabah” – “Turan Tovuz” oyununun (2:2) son dəqiqəsində qeydə alınmayan qol epizodundan gedir.

Əcnəbi mütəxəssisin açıqlaması elə təqdim edilir ki, sanki böyük bir müşkilimiz öz həllini tapıb.

Ayıbdır vallah.

O epizod üçün bu qədər hay-küyə gərək yoxdur axı.

Bir halda ki, əldən-ələ gəzən videoda heç nə tam görünmür. O anı yalnız yan xətt hakimi görə bilərdi. O da belə gördü.

Düz gördü, səhv gördü artıq onun insafına, vicdanına bağlıdır.

Adama ağır gələn bizlərin epizodu görürmüş kimi şərh etməsidir.

Belə populizm kimə lazımdır?

Əgər haqq tapdanıbsa, bundan ən çox zərər görən Berdiyevdir.

Lakin əcnəbi mütəxəssis peşəkar davranış sərgilədi. Hakimlə razılaşıb, sakitcə epizodun üzərindən keçdi.

Amma kimlərsə süni ajotaj yaratmaq həvəsinə düşdü.

Və bacardılar da. Guya "Turan"ın haqqı yeyilibmiş.

Harda gördün? Necə qərar verdin? İddia mücərrəddir.

Daha böyük məqsədlər üçün ölkəmizə gətirilən belçikalı üçün də yersiz səs-küy göydəndüşmə oldu.

Ki, meydana ensin, aydınlıq gətirib, ağıl versin.

Və özlüyündə də desin ki, gör hələ bunlar harda qalıb.

Elə ayda bir dəfə belə ucuz epizodlar üçün şablon şərh verərəm vaxtım keçər.

Halbuki Bleker 2 aydan sonra belə sadə şeylər haqqında yox, hansı layihə üzərində işləməsi barədə danışmalıydı.

Geridə buraxdığı iki ayda hakimliyin səviyyəsini qaldırmaq, daha sanballı referiləri futbolumuza qazandırmaq üçün qurduğu planlardan söz açmalıydı.

Ümumiyyətlə, danışmalıydı ki, referilərimiz barədə ilkin təəssüratları necədir.

İnkişaf etmələri üçün zəmin varmı?

Əvəzində bildiyimiz faktı yeni nəsə kəşf edibmiş kimi bizə təqdim etdi.

Yox, biz belə istədik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti