COP29

“Futbolçulara təzyiq etmək istəmirəm, amma başa düşməlidirlər ki...”

5 Sentyabr 02:40 Azərbaycan Futbolu 284
“Futbolçulara təzyiq etmək istəmirəm, amma başa düşməlidirlər ki...”

"Rəqiblərimiz haqqında xeyli məlumat əldə etmişik".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında, Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək “Birbaşa Bakı”nın rumıniyalı çalışdırıcısı Dan Marius Mitu deyib.

O, yarışa hazırlıq və qarşıdakı planlar haqqında fikirlərini bölüşüb:

"Hazırlığa 1 ay əvvəl başlamışıq. Amma əsas komandanın özünü necə göstərəcəyidir. Rəqiblərin matçlarına baxmışam və növbəti günlərdə daha çox məlumat alacağam".

Mütəxəssis Çempionlar Liqasındakı hədəflər barədə də danışıb:

“Komandanın böyük potensialı var. Ona görə də bu yarışda mümkün qədər irəli getməyə çalışacağıq. Nə olacağını görəcəyik.

Futbolçulara təzyiq etmək istəmirəm, amma başa düşməlidirlər ki, biz oraya hər oyunda maksimum mübarizə aparmaq və ən yaxşı oyunumuzu göstərmək üçün gedirik.

Ümid edirəm ki, yeni oyunçular məşqlərdə və yoldaşlıq oyunlarındakı kimi komandaya uyğunlaşacaqlar, daha çox keyfiyyət və güc qatacaqlar”.

"Birbaşa Bakı" Çempionlar Liqasında "BKMK Brno" (Çexiya), "Nottingem Livorno" (İtaliya) və "Orteqa Tvins Malaqa" (İspaniya) komandaları ilə eyni qrupda yer alıb.

Oyunlar sentyabrın 5-6-da Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti