COP29

Klublarımızın oxşar 3 qərarı da Avropa səhnəsində bir işə yaramadı

24 Avqust 21:00 Azərbaycan Futbolu 546
Klublarımızın oxşar 3 qərarı da Avropa səhnəsində bir işə yaramadı

Bu il də klublarımız avrokuboklarda uğurlu çıxış sərgiləmək üçün mümkün bütün vasitələrdən istifadə etməklə yadda qaldılar.

Məsələn, "Qarabağ" və "Zirə" Premyer Liqanın 3-cü turundakı matçını təxirə saldısa, "Sabah" yerdəyişmə etməklə yadda qaldı.

Belə ki, "tələblər" 2-ci turda "Şamaxı" ilə razılığa gələrək Şamaxıda baş tutmalı qarşılaşmanı Bakıya sala bildilər.

Məqsəd Avropa arenasında uğurlu çıxış sərgiləmək idi.

Digər Premyer Liqa təmsilçilərinə belə qərar dəyişiklikləri heç də əlverişli deyil.

Sadəcə ictimai qınaqdan çəkinərək edilən təkliflərə yox demirlər.

Təki klublarımız ölkə xaricində bizləri sevindirə bilsinlər.

Qəribəsi odur ki, atılan oxşar 3 addımın heç bir klubumuza faydası dəymədi.

Son çempion Zaqrebdə "Dinamo"ya 0:3, "Zirə" isə Kiprdə "Omoniya"ya 0:6 uduzmaqla yadda qaldı.

"Sabah" hətta mərhələni əldən verdi.

Dişinə görə rəqib hesab olunan "Sent Patriks" evində olduğu kimi Masazırdan da qələbə ilə ayrıldı (1:0, 0:1).

Yaxşı xatırlayıram, ötən mövsüm "Sabah" evdə 2:0 udduğu "Partizan"la səfər qarşılaşmasından öncə Premyer Liqada "Sumqayıt"la görüşünü təxirə salmışdı. Həm də böyük söz söhbət bahasına. Amma mərhələni Belqradda buraxıb gəldilər.

Bu faktlar bir daha göstərir ki, hər fürsətdə təxirəsalmaya getmək, oyun yeri dəyişdirmək heç də ən uyğun çıxış yolu deyil.

Gərək klublarımız bundan sonra başına gələn mənfi təcrübədən fərqli yararlanmağa çalışsın.

Bəlkə, onda daha uğurlu ola bildilər.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti