COP29

“Qarabağ” uduzdu, indi Azərbaycan UEFA reytinqində neçəncidir?

21 Avqust 11:20 Azərbaycan Futbolu 631
“Qarabağ” uduzdu, indi Azərbaycan UEFA reytinqində neçəncidir?

Çempionlar Liqasının pley-off mərhələsinin ötən gecə keçirilən ilk oyunlarından sonra UEFA reytinqi yenilənib.

Sportinfo.az xəbər verir ki, dəyişikliklər Azərbaycanın mövqeyinə təsir etməyib.

“Qarabağ” ötən gecə Zaqrebdə “Dinamo”ya 0:3 hesabı ilə uduzub.

Azərbaycanın hazırda 18,875 xalı var. Bu nəticə ilə ölkəmiz 26-cı pillədədir. Sıralamaya İngiltərə liderlik edir – 89,160 xal.

Bu mövsüm Azərbaycan komandaları 2,125- xal qazanıblar. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…