COP29

"Qarabağ"a qoşulmaq ŞANSI

7 Avqust 19:20 Azərbaycan Futbolu 2 709
"Qarabağ"a qoşulmaq ŞANSI

Azərbaycan klubları bu mövsüm avrokuboklara pis başlamayıb.

Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ" Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni erkən təmin edibsə, "Sabah" və "Zirə" isə pley-off mərhələsinin astanasındadır.

Artıq klublarımızın potensial rəqibləri də məlumdur.

"Qarabağ" "Ludoqorets" səddini aşarsa ÇL-in qrupu yolunda Zaqreb "Dinamo"su ilə duelə yollanacaq.

"Zirə" "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sabah" isə Sent-Patriks”i mübarizədən kənarlaşdırsa, “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Könül istər "Qarabağ"ın ardınca digər klublarımız da qrup mərhələsinə vəsiqə qazansın.

Bu, həm də futbol tariximizdə bir ilk olacaq.

Ki, eyni anda 3 klubumuzu avrokubokların qrupunda izləyəcəyik.

Görəsən, xəyal etdiyimiz bu istəyin gerçək olmaq perespektivi nə qədərdir?

Milli komandamızın sabiq məşqçisi Arif Əsədov Sportinfo.az-a açıqlamasında real mənzərəni belə şərh edib:

"İlk öncə hazırkı mərhələni keçmək vacibdir. Komandalarımıza uğurlar arzu edirəm. Zaqreb "Dinamo"su "Qarabağ"la bərabər səviyyəli komandadır.

Hətta təmsilçimiz bir qədər üstün görünə bilər. "Dinamo" illərdi ölkəsinin çempionudur. Davamlı Çempionlar Liqasında iştirak edir.

Avropa üçün yaxşı futbolçular yetişdirir. Əsas strategiyaları futbolçu yetişdirib yaxşı qiymətə satmaqdır. Əgər üz-üzə gələsi olsalar şansları bərabər görürəm.

"Zirə" "Omoniya" - "Fehervar" cütünün qalibi ilə qarşılaşa bilər. "Omoniya"nı şanslı sayıram. Bu komandanı "Qarabağ"la oyunlardan da yaxşı tanıyırıq Əsas "Zirə"nin bu mərhələni arxada qoymasıdır.

"Sabah"ın potensial rəqibi "Saburtola" - "Başakşehir" cütünün qalibidir. Burada aşkar favorit Türkiyə klubudur.

Əgər "Sabah" pley-off-a yüksələrsə çox ciddi rəqiblə üz-üzə gələcək. Təbii ki, bu fikirlər hamısı mülahizələrdi. Əsas odur ki, klublarımız 3-cü təsnifat mərhələsini uğurla arxada qoya bilsin".

Xanoğlan İmanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…