COP29

"AFFA-nın nə burada başverənlərdən xəbəri var, nə də ayrılan pulun necə xərclənməsindən" - NARAZILIQ

7 Avqust 23:00 Azərbaycan Futbolu 1 490
"AFFA-nın nə burada başverənlərdən xəbəri var, nə də ayrılan pulun necə xərclənməsindən" - NARAZILIQ

"Mingəçevr" futbol klubunda nələr baş verir?

Nəbi Məsimov adlı izləyicimiz bizə bu sualla başlayan müraciət edib.

Və müraciətin davamında suala aydınlıq gətirib.

Onun Sportinfo.az-ın məktub qutusuna ünvanladığı şikayətini olduğu kimi təqdim edirik:

"Mingəçevir", yoxsa DOST MMC?

Futbol ənənələri olan Mingəçevrin eyni adlı futbol komandasında gərgin vəziyyətin hökm sürməsi ilə bağlı məlumatlar var.

Bu klubun üst səviyyədə idarəetməsinə gətirilən futboldan xəbərsiz şəxslər futbolun inkişafından başqa hər işlə məşğuldur. Son bilgilərə görə klub daxilində qeyri-müəyyənlik hökm sürür.

Uzun illər bu kluba cani dildən xidmət edən Elnur Qasımovun komandan uzaqlaşması da təsadüfən baş verməyib. Azarkeşlərə də yuxarıdan aşağı baxmağa başlayıblar. Deyəsən, yuxarıda oturanların səviyyəsi o qədər yüksəkdir ki, şəhərin futbol ictimaiyyətinin onlarla görüşməsi mümkün deyil.

AFFA isə fil qulağında yatıb. Nə burada başverənlərdən xəbərləri var, nə də ayrılan pulun necə xərclənməsindən. Bəlkə də bilirlər...

Son bir neçə ayda klubun idaretməsinə cəlb edilən 3 dost - Nurlan, Cabbar və Elşənin futbolla heç bir əlaqəsi yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…