COP29

Millinin qapıçısı 9000 manatlıq tələbini geri çəkdi

3 Avqust 17:00 Azərbaycan Futbolu 1 909
Millinin qapıçısı 9000 manatlıq tələbini geri çəkdi

"Qəbələ"dən ayrılan Rəşad Əzizli maaş tələbində güzəştə gedib.

O, bununla bağlı istəyini onu heyətində görmək istəyən klublara çatdırıb.

Mövsümün startına sayılı günlər qalması təcrübəli qapıçını bu addımı atmağa vadar edib.

Daha əvvəl kiperin xidmətində bir neçə Premyer Liqa klubu maraqlı olub.

Əzizlinin daha çox qazanmaq istəyi elita təmsilçilərini geri addım atamağa vadar edib.

Söhbət 9 min manatlıq maaş tələbindən gedir.

Ancaq buna rəğmən yeni mövsümün startına kimi hansısa yüksək liqa təmsilçisinin onunla anlaşacağı real görünmür.

Milli komandanın üzvü olmasını tez-tez qabardan çərçivə qoruyucusu bu yolla qiymətini yüksək tutmağa çalışır.

30 yaşlı futbolçu başa çatan mövsüm "qırmızı qaralar"ın heyətində meydana çıxdığı 22 matçda 32 qol buraxıb.

Rəşad karyerası ərzində “Neftçi”, “Simurq”, “Şüvəlan”, “Sumqayıt”, “Səbail”, “Keşlə”, “Zirə”, “Şamaxı”, “Qəbələ”nin şərəfini qoruyub, bütün yaş qruplarından ibarət millilərdən dəvət alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…