COP29

GÜNÜN PROBLEMİ – Niyə klublarımıza ümid yoxdur?

25 İyul 16:00 Azərbaycan Futbolu 875
GÜNÜN PROBLEMİ – Niyə klublarımıza ümid yoxdur?

UEFA Konfrans Liqasına 3 klubla yollanırıq.

Bu gün adıçəkilən turnirdə "Sumqayıt", "Zirə" və "Sabah" mübarizəyə qoşulacaq.

Klublarımız ətrafında bir ümidsizlik var.

Gözləntilər böyük deyil.

"Ümid yenə "Qarabağ"adır" düşüncəsi əksəriyyətə hakim kəsilib.

Bu da əsassız deyil.

İlk öncə onu bildirək ki, son illər yalnız "Qarabağ"ın uğurlarına alışmışıq. Digər klublarımız isə birqayda olaraq kölgədə qalıb. Uğursuzluqları bir-birini əvəzləyib. Ən yaxşı halda bir mərhələ adlamalarını toy-bayram etməli olmuşuq.

Mif uzun müddətdir davam edir.

Bunun üzərinə hazırkı şərtləri gələndə formalaşan mif daha da güclənmiş olur.

Əslində "Zirə" avrokuboklara yaxşı start vermişdi. Səfərdə güclü "Şerif"ə qalib gələn komandamızın mərhələ adlaması an məsələsi idi. Cavab görüşündə Salifu Sumanın 40-cı dəqiqədə qırmızı vərəqə alması yolunda gedən işləri 180 dərəcə tərsinə çevirdi. 90 dəqiqədə daha az güc sərf etməklə mərhələ adlamalı olan təmsilçimiz, əvəzində 120 dəqiqə mübarizə aparmalı oldu. Ardınca penaltilərdə yaşanan uğursuzluq Rəşad Sadıqovun kollektivini Avropa Liqasından kənarda saxladı. Təbii ki, moldovanlarla görüşdə təmsilçimiz təkcə məğlub olmadı. Böyük güc itirdi, psixoloji travma aldı. "Şerif"i avrokuboklardan kənarlaşdırmaq "Zirə"ni bir xeyli böyüdə bilərdisə, ələnmək də "DAK 1904"ə evdə məğlub olacaq qədər kiçildə bilər.

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Fehervar" "Qarabağ"dan başqa digər Azərbaycan klublarından birbaş üstündür" - fikri "kimyaçılar"ın nə qədər güclü rəqiblə düşməsinin carçısıdır. Zəngin avrokubok təcrübəsi olan Macarlar büdcədə və heyətdə də təmsilçimizi bir xeyli qabaqlayır. Belədə futbol ictimaiyyətinin ümidsizliyi anlaşılmaya bilməz.

Builki avrokubok mövsümündə klublarımızın bəxtinə düşən ən güclü rəqib şübhəsiz ki, "Sabah"a rəqib olan "Makkabi"dir. Bu, həmin "Makkabi"dir ki, ötən mövsüm Konfrans Liqasının finalçısı olmuş "Fiorentina"ya yarışın 1/16 final mərhələsində yalnız son saniyələrdə (ümumi hesab 4-5) buraxdığı qolla ələnmişdi. Ümumiyyətlə, bizim klublar üçün israil klublarının lənəti var. Harda üz-üzə gəlmişiksə, məğlub olmuşuq. Hətta bu məğlubiyyətlər darmadağınlarla belə ifadə olunub. Yalnız 1999-cü ildə "Qarabağ"ın İntertoto Kubokunda məhz Hayfa "Makkabi"sini kənarlaşdırması xaric.

Gördüyünüz kimi, əksər hadisələr klublarımızın əleyhinə işləyir.

Ümid edək ki, axşam hər üç komandamız da gözləntilərin əksinə olaraq hər birimizi yaxşı mənada təəccübləndirməyi bacaracaqlar.

İstədiyimiz, arzuladığımız da budur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?